Braziliyada keçirilən dünya futbol çempionatında 1/8 finalın ilk cütlükləri müəyyənləşib.
B qrupunda Avstraliya İspaniya ilə qarşılaşıb. Hər iki komanda qrupdan çıxmaq şansını itirdiyindən oyuna maraq o qədər də böyük deyildi. Görüş İspaniyanın 3:0 hesablı qələbəsi ilə bitib.
Hollandiya komandası Çili millisinin qapısından iki cavabsız top keçirib – 2:0.
A qrupunda Kamerun Braziliyaya uduzub -1:4. Xorvatiya üzərində 3:1 hesabı ilə qələbə qazanan Meksika qrup ikincisi kimi 1/8 finalda Hollandiyanın rəqibi olub.
Braziliya komandası isə 1/8 finalda Çili ilə münasibətlərini ayırd edəcək.
Xorvatiya Meksika qarşında diz çökdü
5
Avstraliya-İspaniya – 0:3. Qapıçı Pepe Reina zərbəni dəf edir.
6
Kamerun-Braziliya-1:4. Neymar vs. Enoh Eyong.
7
Kamerun-Braziliya-1:4. Fred afrikalıların qapısına üçüncü qolu vurur.
8
Kamerun-Braziliya 1:4. Kamerunlu Enoh Eyong rəqib futbolçuları ilə top uğrunda mübarizə aparır.