Braziliyada keçirilən Dünya futbol çempionatında qrup mərhələsinin oyunları davam edir.
B qrupunda Avstraliya-Hollandiya matçı «narıncılar»ın 3-2 hesablı qələbəsi ilə nəticələnib. Bu qalibiyyətlə Hollandiya son oyunun nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqəni təmin edib.
Son dünya çempionu - İspaniya Çili qarşısında aciz qalıb. Birinci hissədə ispanları şoka salan Çili millisi növbəti mərhələyə keçməyi bacarıb – 0:2. İspanlar isə mundialla vidalaşıblar.
A qrupunun Kamerun-Xorvatiya matçında Avropa təmsilçisi 4 cavabsız qola sevinib.
Hollandiya 1/8 finala vəsiqə qazandı, İspaniya biabır oldu
5
Alex Wilkinson üçün tamam, Memphis Depay üçün davam...
6
İspaniyalı qapıçı Iker Casillas komandasını qoldan xilas etməyə çalışır.
7
Andres Iniesta yarımmüdafiəçi Francisco Silva ilə mübarizədə yıxılır.
8
Müdafiəçi Sergio Ramos-in Çilinin qapısına zərbəsi dəqiq alınmır.