Braziliyada keçirilən Dünya futbol çempionatında qrup mərhələsinin oyunları davam edir.
B qrupunda Avstraliya-Hollandiya matçı «narıncılar»ın 3-2 hesablı qələbəsi ilə nəticələnib. Bu qalibiyyətlə Hollandiya son oyunun nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqəni təmin edib.
Son dünya çempionu - İspaniya Çili qarşısında aciz qalıb. Birinci hissədə ispanları şoka salan Çili millisi növbəti mərhələyə keçməyi bacarıb – 0:2. İspanlar isə mundialla vidalaşıblar.
A qrupunun Kamerun-Xorvatiya matçında Avropa təmsilçisi 4 cavabsız qola sevinib.
Hollandiya 1/8 finala vəsiqə qazandı, İspaniya biabır oldu
9
Sergio Busquets qol vura bilməməsinə üzülür.
10
David Silva, Sergio Busquets, Diego Costa, Andres Iniesta və Xabi Alonso qapılarına vurulan ikinci qoldan sonra...
11
Kamerunlu Aurelien Chedjou və xorvatiyalı Sammir-in «top davası».
12
Yarımmüdafiəçi Alexandre Song meydandan qovulur.