Braziliyada keçirilən Dünya futbol çempionatında qrup mərhələsinin oyunları davam edir.
B qrupunda Avstraliya-Hollandiya matçı «narıncılar»ın 3-2 hesablı qələbəsi ilə nəticələnib. Bu qalibiyyətlə Hollandiya son oyunun nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqəni təmin edib.
Son dünya çempionu - İspaniya Çili qarşısında aciz qalıb. Birinci hissədə ispanları şoka salan Çili millisi növbəti mərhələyə keçməyi bacarıb – 0:2. İspanlar isə mundialla vidalaşıblar.
A qrupunun Kamerun-Xorvatiya matçında Avropa təmsilçisi 4 cavabsız qola sevinib.
Hollandiya 1/8 finala vəsiqə qazandı, İspaniya biabır oldu
1
Hollandiya yığmasının hücumçusu Arjen Robben avstraliyalı qolkiper Mathew Ryan-ın qapısından qol keçirir.
2
Daryl Janmaat avstraliyalı Tommy Oar-dan topu almağa çalışır.
3
Avstraliyalılar hollandların qapısına penaltidən vurulan qolu bayram edirlər.
4
Tim Cahill-in hollandların qapısına qolu...