Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 08:03

ABŞ Tikritdə iraqlı əsgərlərin qətlini pisləyir



Vaşinqton yaraqlıların İraqın Tikrit şəhərində yüzlərlə şiə əsgəri «dəhşətli» qətlə yetirməsini pisləyib. ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki iyunun 15-də deyib:

«İraq və Şamın İslam Dövləti» (İŞİD) qruplaşmasının Tikritdə hava qüvvələrinin yüzlərlə şiə əsgərini qətlə yetirməsini deməsi «bu terrorçuların necə qana susadığının qorxunc və doğru təsviridir».

Psaki deyib:

«Bu xəbərləri təsdiqlədə bilmirik. Ancaq İŞİD-in əsas məqsədlərindən biri bütün iraqlıların ürəyinə qorxu və əhali arasında ayrı-seçkilik salmaqdır».

İŞİD Al-Qaida-dən törəmə qrupdur, İraqın qərbində Mosul və Tikrit şəhərləri daxil olmaqla böyük əraziləri tutub. Yaraqlılar Tikritdə törətdikləri qətliamın sübutu olaraq internetdə fotolar yerləşdiriblər.

İraq ordusunun sözçüsü fotoların həqiqiliyini təsdiqləyib, azı 170 əsgərin qətlə yetirildiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG