Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:23

İlham Əliyev: «Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir»


Photo arxiv: İlham Əliyev və Jose Manuel Barroso - 2013
Photo arxiv: İlham Əliyev və Jose Manuel Barroso - 2013
-
«Avropa İttifaqı ilə əlaqələr bizim üçün prioritetdir. Çox şadam ki, bu əlaqələr uğurla inkişaf edir. Sizin köməyinizlə biz çox sürətlə irəli getməyə müvəffəq olduq».
Bunu iyunun 14-də prezident İlham Əliyev Avropa Komissiyasının sədri Jose Manuel Barroso ilə görüşündə deyib.

İlham Əliyev bildirib ki, Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələr bir çox sahələri – siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrini əhatə edir:

«Biz yaxşı tərəfdaşlar kimi çox fəal işləyirik. Biz əvvəllər də görüşlər keçirmişik. Bakıda, Brüsseldə, başqa yerlərdə. Mən əməkdaşlığımızın səviyyəsindən çox razıyam. Ümidvaram ki, sizin səfərinizdən sonra bu əməkdaşlıq daha da genişlənəcək. Daha çox sahələri əhatə edəcək və inkişaf edəcək».

«2011-Cİ İLLƏ MÜQAYİSƏDƏ YAXŞILIĞA DOĞRU ÇOXLU FƏRQLƏR VAR»

Jose Manuel Barroso isə deyib ki, 2011-ci ildəki səfərindən sonra yenidən Bakıda olmağından çox şaddır:

«Mən «Cənub Dəhlizi» ilə bağlı birgə bəyannamənin imzalandığı əvvəlki səfərimizi çox yaxşı xatırlayıram. Bu layihə hazırda uğurla həyata keçirilir. Mən eyni zamanda ötən ilin iyulunda sizi Brüsseldə salamlamaq şərəfinə nail oldum. Biz həmçinin Vilnüsdə, Şərq Tərəfdaşlığı Sammitində görüşdük. Görüşlərimizin intensivliyini görməkdən çox şadam. Dünən gecə bura gələn kimi Bakının əhəmiyyətli dərəcədə müasirləşdiyini gördüm. 2011-ci illə müqayisədə yaxşılığa doğru çoxlu fərqlər var... Ayrıca «Eurovision» mahnı müsabiqəsi, Azərbaycanın dəstəklədiyi komandanın İspaniya çempionatında qələbəsi münasibətilə sizi təbrik edirəm».

Məlumatı AzTV yayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG