Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:48

Mosulda islamçı yaraqlılar Türkiyə konsulunu oğurlayıb


İraqın Mosul şəhərini zəbt edən yaraqlılardan biri, maşında.
İraqın Mosul şəhərini zəbt edən yaraqlılardan biri, maşında.
-
Frans Press Agentliyinin məlumatına görə, Mosulda oğurlanan Türkiyə Konsulluğu əməkdaşlarının sayı 48-dir.

Onlar arasında 3 uşaq da var.

Türkiyənin hökumət rəsmisi deyib ki, oğurlanan adamları İraq və Levant İslam Dövləti təşkilatının Mosuldakı qərargahına aparıblar. Onların hamısının durumu yaxşıdır.

Türkiyənin baş naziri Erdogan kəşfiyyat rəhbəri Hakan Fidan və baş nazirin müavini Besir Atalay ilə fövqəladə iclas keçirib. Oğurlanan Türkiyə vətəndaşlarının azad olunması yolları müzakirə olunub.

***
Qərb agentliklərinin verdiyi son məlumata görə, Əl-Qaida ilə əlaqəli islamçı yaraqlılar İraqın Tikrit şəhərini tutub.

***

İyunun 11-də İraqın Mosul şəhərində islamçı yaraqlılar Türkiyə konsulluğunu zəbt ediblər. İraq və Levant İslam Dövləti təşkilatının yaraqlıları Türkiyə konsulunu oğurlayıblar.

Türkiyə hökumətindəki adı çəkilməyən mənbəyə istinadla Qərb agentliklərinin verdiyi məlumata görə, Konsulluqda oğurlananların sayı təxminən 45 nəfərdir. Bunlara Türkiyə konsulluğunun işçiləri, Türkiyənin xüsusi qüvvələrinin əməkdaşları və bir neçə uşaq daxildir.

Bundan bir gün qabaq Mosulda islamçı yaraqlılar Türkiyədən olan 28 yük maşını sürücüsünü oğurlamışdılar.

Əl-Qaida ilə əlaqəli olan İraq və Levant İslam Dövləti təşkilatının yaraqlıları iyunun 10-da Mosul şəhərini və Nineve vilayətinin çox hissəsini tutublar.

Mosulu bundan sonra yarım milyon adam tərk edib.

İraqın xarici işlər naziri Hoshyar Zebari deyib ki, İraq hakimiyyəti İraq Kürdüstanının Peşmərgə qüvvələri ilə birlikdə Mosuldan islamçı yaraqlıları çıxarmağa çalışacaqlar.
XS
SM
MD
LG