-
İslamçı yaraqlılar İraqın ikinci şəhəri olan Mosulda əsas binaları tutublar.
İraqın şimal vilayəti olan Ninevehin qubernatoru Athil al-Nujaifi deyib ki, yaraqlılar İraq hərbçilərini və polisini öz mövqelərindən vurub-çıxarıb.
Rəsmilərin sözlərinə görə, reaktiv qumbaratanlarla, snayper tüfənglərlə və avtomatla silahlanmış onlarla yaraqlı iyunun 9-da axşam Ninerveh vilayətinin paytaxtı olan Mosula hücum edib.
Yaraqlılar polis məntəqlərini tutublar, burdakı dustaqları buraxıblar. Eyni qayda ilə həbsxanalardakı məhbuslar da azad olunub.
Yerli sakinlərin dediyinə görə, yaraqlıların qara bayraqları var, bu da cihadçı qrupların bayrağıdır.
Mosulda binaların üstündə qar bayraqlar dalğalanır.Yaraqlılar səsgücləndiricilərlə elan edirlər ki. onlar Mosulu azad etməyə gəliblər.
Mosulıda 2 milyon əhali yaşayır.
İyunun 9-da səhər isə vilayətin qubernatoru al-Nujafil televiziya ilə çıxışında deyirdi ki, şəhər əhalisi əl- Qaydaçı yaraqlılarla vuruşacaq.
Yaraqlılar gələndən sonra isə Əl-Nujafil Mosuldan qaçıb.
Onun qardaşı, parlament sədri Osama əl-Nujafil İraq hökumətini və regional Kürdüstan hökumətini Mosula hərbni qüvvə göndərməyə çağırıb.
İraqın Kürdüstan regionunun lideri Barzani isə beynəlxalq təşkilatları humantira yardım göstərməyə çağırıb.
Azad İraq Radiosu müxbirinin verdiyi məlumata görə, minlərlə insan hazırda Mosulu tərk edir.
Türkiyə konsulluğunun məlumatına görə, Mosula dizel yanacağı aparan 28 türk yük maşını sürücüsü Mosulda oğurlanıb.
Mosul Bağdadadan 360 km şimal-qərbdə yerləşir. Mosul əl-Qaydanın əvvəllər mövqeyinin güclü olduğu yerdir.
Mosula hücum edənlər İraq və Levant İslam Dövləti adlı təşkilatla bağlı olan yaraqlılardır. Onlar son vaxtlar İraqın şimalında və qərbində bir sıra hücumlara başlayıb.