Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 10:43

Mosulu 500 min nəfər tərk edib


-
Beynəlxalq Miqrasiya Təşkilatının dəyərləndirməsinə görə, İraqın Mosul şəhərini Əl-Qaida yaraqlıları tutandan sonra 500 min nəfər buranı tərk edib.

İyunun 10-da yaraqlılar Mosulu və şimali Nineveh əyalətini nəzarətə alıblar.

ABŞ VƏ BMT İRAQDAN NARAHATDIR

Birləşmiş Ştatlar və BMT yaraqlıların İraqın ikinci ən böyük şəhərini tutmasından narahatdır. İyunun 10-da yaraqlılar Mosulu və şimali Nineveh əyalətini nəzarətə alıblar.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, yaraqlılar bütün region üçün təhlükə yaradır. Onun sözlərinə görə, Vaşinqton «bu işğala qarşı güclü, koordinasiya olunmuş reaksiyanı» dəstəkləyir.

BMT-nin baş katibi Ban Ki-moon İraq siyasi liderlərini «İraqa təhlükəyə qarşı milli birlik göstərməyə» çağırıb.

İraq baş naziri Nuri al-Maliki parlamenti fövqəladə vəziyyət elan etməyə çağırıb.

Yaraqlılar yanvardan bəri Ramadi və Fəllucə şəhərlərinin də bəzi hissələrini tutub.
XS
SM
MD
LG