Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:23

XIX əsrdə gəlinlər başlarını necə bəzəyirdi?


XIX əsrə aid edilən gəlin baş bəzəyi
XIX əsrə aid edilən gəlin baş bəzəyi
-
AMEA Milli Azərbaycan Tarixi Muzeyi yeni eksponat əldə edib.

Muzeyin yaydığı xəbərə görə, XIX əsrə aid edilən eksponat Azərbaycanın şimal-qərb bölgələrində istifadə olunmuş toy libasının bir elementidir.

Gəlin baş bəzəyi kimi istifadə olunmuş eksponat nadir zərgərlik nümunəsidir, gümüşdən düzəldilib, rəngli qaşlarla bəzədilib.

Xəbərdə vurğulanır ki, AMEA rəhbərliyi, ilk növbədə AMEA Prezidenti, akademik Akif Əlizadənin dəstəyi ilə əldə olunmuş nadir eksponat Azərbaycan zərgərliyinin unikal nümunəsi kimi muzeyin daimi ekspozisiyasının «XIX – XX əsrin əvvəllərində Azərbaycanda sənətkarlıq» bölməsində, müvafiq vitrində yerləşdirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG