İyunun 5-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılacaq.
Bu haqda AzadlıqRadiosuna vəkil Fuad Ağayev məlumat verib.
Apelyasiya şikayəti Səbail rayon məhkəməsinin qərarından verilib. Şikayət Rauf Mirqədirova ailə üzvləri ilə görüşə, telefon əlaqəsi yaradılmasına və istədiyi qəzetləri almasına qadağa qoyulması ilə bağlıdır.
Məhkəmədə Rauf Mirqədirov da iştirak edəcək. Məhkəmə prosesi qapalı keçiriləcək.