Bir zamanlar yerli ermənilərin yaşadığı, müharibə zamanı əldən ələ keçərək dağıdılan, sonra bərpa edilərək yenidən məskünlaşdırılan və eynizamanda təbiət gözəllikləri məhv edilərək karxanalara daşınan turistik mərkəz - Ağcakənd. Abbas Atilay bu dəfə Kiçik Qafqazın məhv edilən gözəlliklərindən göstərir.
Karxanalara daşınan təbiət gözəlliyi - Ağcakənd
1
1938-ci ildə Goranboyun dağlıq hissəsi mərkəz Aşağı Ağcakənd olmaqla, ətraf kəndlərlə birlikdə ayrıca rayon elan edilərək 26 Bakı komissarlarından biri olan erməni Stepan Şaumyanın adına Şaumyan adlandırılmışdı. Sonra 1991-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Şaumyan rayonu ləğv edilmiş və həmin ərazi yenidən Goranboya birləşdirilmişdir.
2
1992-ci ilin iyun ayında Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmiş qəsəbə bütünlüklə yandırılsa da, bir müddət sonra Azərbaycan ordusu tərəfindən geri alınmışdır. İndi bu ərazidə əsasən Xocalıdan olan məcburi kpçgünlər və yaylaq zamanı burda məskən salan köçərilər məskunlaşıblar.
3

4
Bir zamanlar yerli ermənilərin yaşadığı bu evlər müharibə zamanı dağılsa da indi yavaş-yavaş bərpa edilməkdədir. Bu evlərin bir çoxu köçəri fermerlərin yay sığınacağıdır.