Abbas Atilayın bu fotoreportajında 197 il əvvəl salınmış II Nikolayın ov malikanəsini, 1915-ci ildə 60 min türk əsgərinin donaraq öldüyü "Allahu Əkbər" dağlarını və xoşbəxt görünən Sarıqamışın uşaq üzlərini görə bilərsiz.
Qars, Sarıqamış - tarixin izlərini yaşadan şəhər
1
Qars Türkiyənin şərqində dəniz səviyyəsindən ən hündür əyalətidir. Uzun illər Çar Rusiyası tərkibində olması ilə yanaşı tarixin ən dəhşətli hərbi faicələrindən biri "Sarıqamış faicəsi"-nin də yaşandığı yerdir.
2
Bu ərazi Birinci Dünya Müharibəsi ərəfəsində üz-üzə gələn Osmanlı və Çar Rusiyası qoşunlarının ən qızğın döyüş meydanı olub. 1915-ci ilin dekabrın son günlərində Çar qoşunlarını mühasirəyə salmaq üçün gözlənilmədən hücuma keçən Osmanlı qoşunlarının böyük bir hissəsi bu görünən "Allahu Əkbər" dağlarında donaraq ölmüşdülər.
3
Rəsmi məlumatlara görə bu dağlarda hücum zamanı 60 min Osmanlı əsgəri donaraq ölmüşdü. Müharibə şəraitində güllə atmadan bu qədər insanın ölümü “Sarıqamış faciəsi” adlandırılır.
4
Sarıqamışda əkindən qayıdan kəndlilər.