Abbas Atilay Gürcüstanın qərb bölgəsində 40 metr hündürlükdə, qaya başında tərkidünya həyat yaşayan rahibin hekayətini fotolarla sizə danışır.
Qaya başında tərkidünya olan rahib
1
Katski monastrı Gürcüstanda yerləşən, dünyada tanınmış ən məşhur monastrlardan biridir. Hətta bu monastr Gürcüstanı tanıtım simvollarından da sayılır.
2
40 metr hündürlüyündə qayanın başında salınmış bu monastr Gürcüstanın qərbində, İmereti regionunda kiçik Çiatura şəhərinin yaxınlığındadır.
3
Bu əraziyə Xristianlığın gəlişindən əvvəl yerli əhalinin "Bərəkət Tanrısı simvolu" kimi hesab etdiyi bu qaya yeni dinin gəlişindən sonra da müqəddəsliyini itirmədi. İnsanlar elə düşünürdülər ki, bura Tanrı ilə insanın qovuşduğu yerdir.
4
VI-VII əsrlərdə insanlar bu qayanın başında kilsə tikərək buranı daha da müqəddəsləşdirdilər. Və bura insanların ibadət yerlərindən birinə çevrildi. Osmanlı İmperiyasının müdaxiləsinə qədər yerli əhali ibadət üçün bura üz tuturmuşlar. Sonra Kilsə öz taleyinə buraxıldı və unuduldu.