Moldovada muxtar region olan Qaqauziyada hələ də SSRİ nostalgiyası güclüdür. Moldova ərazisinin 5.4 faizini təşkil edən Qaqauziya 1994-cü ildə muxtariyyat əldə edib. O zaman əldə edilən razılaşmaya görə əgər Moldova nə zamansa Runmıniyaya birləşmək qərarına gəlsə, Qaqauziya müstəqil dövlət olacaq. Qaqauzlar etnik oğuz türkləridir. Dinləri isə əsasən pravoslav xristianlardır. AzadlıqRadiosunun Moldova xidmətinin əməkdaşları qaqauzların gündəlik həyatlarından fotolar təqdim edirlər.
Qaqauzların gündəlik həyatından fotolar
1
Comgaz kəndi, 8 aprel 2014
2
Qaqauziyanın mərkəzi Comrat şəhərinin yaxınlığında zibillik. 7 aprel 2014
3
Qaqauziyanın mərkəzi Comrat şəhəri, 6 aprel 2014
4
Qaqauziyanın girişi. Moldova və Qaqauziya bayraqları. 7 aprel 2014