Martın 12-də Türkiyədə paytaxt Ankara və İstanbulda yenə də polislə etiraz aksiyası iştirakçıları arasında toqquşmalar olub. Son aksiyalardan birində yaralanmış Berkin Elvan adlı 15 yaşlı oğlanın bugünlərdə xəstəxanada vəfat etməsi etirazları yenidən şiddətləndirib. Polis göz yaşardan qazdan istifadə edir.
Türkiyədə yeni toqquşmalar

1
İstanbul, 12 mart 2014

2
İstanbul, 12 mart 2014

3
Ankarada aksiyaçılar özlərini polisin göz yaşardan qazından qorumaq üçün başlarına sellafon torba keçiriblər. 12 mart 2014

4
Berkin Elvanın İstanbulda keçirilən dəfn mərasimi kütləvi etirazla nəticələnib. İstanbul, 12 mart 2014