Keçid linkləri

2025, 10 İyul, Cümə axşamı, Bakı vaxtı 20:20

Krımda parlament və hökumət binalarını silahlı şəxslər tutub


Krım parlamentinin qarşısı
Krım parlamentinin qarşısı
-
Krım və Simferoplda parlament və hökumət binalarını silahlı şəxslər tutub. Bu barədə “İnterfax-Ukrayna” məlumat yayıb. Hər iki idarə üzərində Rusiya bayrağı qaldırılıb.

Krımın baş naziri Anatoly Mogilev parlament və hökumət binasını tutan silahlı şəxslərlə danışıqlara yollanıb.

“İnterfax” yerli mənbələrə istinadən yazır ki, naməlum silahlı şəxslərin tutduğu binalara Krımdakı rusdilli əhalini təmsil edən nümayəndələr nəzarət edir.

Krım parlamentinin mətbuat mərkəzindən verilən məlumata görə, naməlum adamlar mühafizəni ərazidən uzaqlaşdıraraq binanın içərisinə soxulublar. Bu səbəbdən Krım Ali Radası qeyri-iş günü elan edib. Hər iki binanı milis əhatəyə alıb.

Krım tatarlarının lideri Refat Chubarov özünün facebook səhifəsində bunları yazıb:

“Zəng elədilər.. xəbər verdilər ki, Krım Ali Radasının və Nazirlər Şurasının binasını əyinlərində tanınma nişanı olmayan uniformalı silahlı şəxslər tutub. Onların tələbləri hələ elan olunmayıb”.

Bir gün əvvəl Simferoplda Krım parlamentinin qarşısında yeni hakimiyyət tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub.

Aksiyada yeni hakimiyyət tərəfdarları olan “Avromaydan-Krım” hərəkatının minlərlə üzvü iştirak edib. “Rus birliyi” və başqa bir sıra Rusiya meylli təşkilatlar onlara qarşı çıxıb. Toqquşmalarda ən azı 30 nəfər xəsarət alıb.
XS
SM
MD
LG