Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 15:21

Ukrayna inqilabçıları nə oxuyurlar? – Avromaydanın kitabxanası


-

Ukraynada aylardır davam edən kütləvi aksiyalarda iştirak edənlər yalnız hökumətə qarşı şüarlar qışqırmır, xüsusi təyinatlılarla əlbəyaxa olmur, həm də intellektual səviyyələrini artırmağın, yaxud əylənməyin qayğısına qalırlar.

Bu işdə onlara yeni yaratdıqları kitabxana kömək edir. Müxalifətçilərin tutduğu Ukrayna evində 6 minəcən kitab toplanıb.

Bu kitabları Ukrayna evinə gətirənlərin çoxu yaşlı adamlardır. Bir də nəşriyyatlar çap etdikləri kitablardan yollayırlar.

Kitabxananı işlədən könüllülərin sözlərinə görə, hər gün 50-100 nəfər onlara kitab üçün müraciət edir.

Ən çox maraq xarici və Ukrayna yazıçılarının romanlarına, tarixi, fəlsəfi, dini kitablaradır.

"Bizdəki kitabların çoxu bədii ədəbiyyatdır” – könüllü kitabxanaçı Valentina deyir – “Ən çox maraq detektiv romanlara və fantastikayadır.

Mitinqçilər fəlsəfəni sevirlər. Ona görə Nitsşe, Kant, Hegelin kitablarını tapıb gətiririk. Belə kitabları gələn kimi götürürlər.

Heç kimdən kitabı qaytarmağı tələb etmirik, pasport istəmirik. Onların verdiyi sözə inanırıq.

Bir ağ kağız veririk, üstündə yazırlar ki, “Söz verirəm qaytaracam”.

Soruşanda ki, kitabı neçə günə qaytaraq, deyirik ki, nə qədər istəyirsiniz oxuyun, amma inqilabın sonuna qədər mütləq qaytarın.

Əgər hansısa kitabı qaytarmırlarsa, deməli oxucunun çox xoşuna gəlib. Bu da işin xeyrinədir.

İnqilab qurtarandan sonra kitabları kənd kitabxanalarına bağışlayacağıq. Artıq kitabların sayı o qədər artıb ki, rəf çatışmır, qutulara yığırıq.

(Ön səhifədəki şəkildə aksiyaçı əlində "Bibliya" tutub)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG