Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:44

Prezidentin səlahiyyətini azaltmaq mümkün olmadı


Ukrayna parlamenti
Ukrayna parlamenti
-

Ukrayna parlamenti prezidentin səlahiyyətlərinin azaldılması ilə bağlı Konstitusiyaya dəyişiklik etmək təşəbbüsünə "hə" demədən iclasını bitirib.

Müxalifətçi deputatlar bunun üçün lazım olan sayda parlament üzvünün dəstəyini bilməyiblər.

Bunun üçün onlara 447 deputatdan 237-nin dəstəyi lazım idi.

Bu arada müxalifət lideri Vitaly Klitschko prezident Viktor Yanukovych-lə görüşüb.

Klitschko deyib ki, prezident müxalifətin 2010-cu ildən əvvəlki Konstitusiyaya qayıtmaq tələbinə birmənalı “hə” demir, bu prosedurun il yarıma qədər çəkə biləcəyini bildirir.

Müxalifət lideri deyib ki, əgər Konstitusiyaya düzəliş etmək çox asanlıqla gerçəkləşdirilmişdisə, onda niyə həmin düzəlişi ləğv etmək uzun çəkməlidir?

Əvvəlki Konstitusiyada prezidentin səlahiyyətləri məhdud idi, amma Yanukovych-in nəzarətində olan parlament həmin Konstitusiyaya düzəliş edib prezidentin səlahiyyətini artırmışdı.

Bu arada Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton Kiyevə gəlir.
Vitali Klitschko parlamentdə çıxış edir, 4 fevral 2014
Vitali Klitschko parlamentdə çıxış edir, 4 fevral 2014

O, Ukraynadakı siyasi böhrandan çıxış yolu tapmaq üçün həm dövlət başçısı, həm də müxalifət liderləri ilə görüşəcək.

Ashton səfərdən əvvəl bildirib ki, Avropa Birliyi ABŞ-la birlikdə Ukraynaya yardım paketi üzərində işləyir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Ukraynaya ucuz qiymətə qaz satmaq və 15 milyard dollarlıq kredit verməyi boyun olmuşdu.

Bunu Kremlin Ukraynanı öz təsir dairəsində saxlamaq cəhdi kimi qiymətləndirənlər də olmuşdu.

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso isə AB-nin “kim çox pul verdi, Ukrayna imzasını ona verəcək” kimi yarışa girməyəcəyini deyib.

Ötən ilin noyabrında Ukrayna rəhbərliyi AB ilə sıx əməkdaşlıq haqda sazişi imzalamaqdan imtina edib.

Bundan sonra müxalifət hökumətə qarşı kütləvi aksiyalara başlayıb.

Müxalifət prezidenti bir sıra güzəştlərə getməyə məcbur edə bilib.

Dövlət başçısı mitinqlərə qadağalar qoyulması ilə bağlı qanunu ləğv edib.
XS
SM
MD
LG