Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:13

Ukrayna müxalifəti hakimiyyətin bölüşdürülməsini təkid edir


Vitali Klitschko
Vitali Klitschko
Ukrayna parlamentinin növbədənkənar sesiyası keçirilir.

Müxalifət prezidentin səlahiyyətlərini bölüşmək üçün konstitusiyada islahatlar aparılmasını təkid edir.Müxalifət liderlərindən biri Vitali Klitschko bildirib ki, ölkədəki siyasi böhrana son qoymaq üçün 2004-cü ilin konstitusiyasına qayıtmaq lazımdr.O hakimiyyəti vəziyyəti gərginləşdirməkdə günahlandırıb.

Hakim partiyanın nümayəndəsi Aleksandr Yefremov isə bütün narazılıqları unudaraq səyləri birləşdirməyə çağırıb.Yefremov həmçinin prezident Yanukovychin vaxtındanəvvəl prezident və parlament seçkiləri təyin etməsinin mümkünlüyü ilə bağlı məlumatları təkzib edib.

Ötən ilin noyabrında Ukrayna hökumətinin Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb oldu və sonda hökumət bu günlərdə istefa verdi.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Aston bu gün yenidən Kiyevə gedir.Məlumatlara görə Avropa Birliyi problem yoluna qoyulan kimi Ukraynaya maliyyə yardımı göstərilməsini müzakirə götür-qoy edir.Bu məlumatı Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso da təsdiqləyib.

Qeyd edək ki, Rusiya bundan əvvəl Ukraynaya vəd elədiyi 15 milyard dollarlıq yardım paketini Ukraynada yeni həkumət yaradılanadək dayandırıb.Rusiya Ukrayna müxalifətini təhlükə və ultimatumlardan çəkinməyə və vəziyyəti yoluna qoymaq üçün hökumətlə dialoqa getməyə çağırıb.
XS
SM
MD
LG