Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 13:18

“Niderland Azərbaycanın neftdənkənar sektoruyla da yaxşı əlaqələr qurub”


-
Fevralın 4-də Azərbaycan və Niderland xarici işlər nazirlərinin təkbətək və geniş tərkibli görüşlərində əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycan-Niderland əməkdaşlığı yüksək səviyyədədir.

Bunu Azərbaycanın və Niderlandın xarici işlər nazirləri Bakıda keçirdikləri görüşdən sonra birgə mətbuat konfransında bildiriblər.

Elmar Məmmədyarov deyib ki, Niderland Azərbaycanda qeyri-neft sektorunda da yaxşı əlaqələr qurub. “Biz danışıqlarda enerji sahəsində bəzi məsələlərə toxunduq və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə etdik”.

Frans Timmermans iqtisadi əlaqələrin genişləndirilməsinin və Azərbaycanla-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb. Niderland Azərbaycanla təhsil, mədəniyyət, su ehtiyatlarının idarə edilməsi, limanların qurulmasında əməkdaşlıq edir.

“Biz həmçinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin və dialoqunun genişləndirilməsinə xüsusi əhəmiyyət veririk”, deyə o bildirib.
XS
SM
MD
LG