Rusiyada II Dünya müharibəsi illərində 872 gün mühasirədə qalmış Leninqradın (İndiki Sankt-Peterbuqr) xilasının 70-ci ildönümü qeyd edilir. İki il yarıma yaxın Almaniya və Finlandiya ordularının mühasirəsində qalmış bu şəhər 1944-cü il yanvarın 27-də azad edilmişdi. Tarixin ən qanlı və uzunmüddətli mühasirələrindən biri kimi xatırlanan o illərdə bəzi mənbələrə görə şəhərdə 1 milyon insan həlak olmuşdu. Mühasirə dövründə şəhərdə çəkilmiş bəzi fotoları təqdim edirik.
Leninqradın mühasirəsinin yarılmasından 70 il keçir
1
Leninqradın Pulkovo Rəsədxanasından yalnız xarabalıqlar qalır. 1994-cü ilin yanvarı.
2
Buz bağlamış Ladoqa gölü ilə yük daşıyan maşın. O zaman "həyat yolu" adlandırılan bu yol Leninqrada ərzaq çatdırılması, uşaqların, yaralıların şəhərdən çıxarılması üçün yeganə imkan idi.
5
"Həyat yolu" adlanan Ladoqa gölü ilə Leninqrada yük çatdırılır.
6