Rusiyada miqrant işçilərin həyatı heç vaxt asan olmayıb. Amma millətçiliyin güclənməsi və iqtisadiyyatın zəifləməsi ilə 2013-cü ildə onlar daha çox zorakılıq və düşmənçilik hədəfinə çevriliblər. yay aylarında ölkə boyu aparılan kütləvi reydlərdə Orta Asiya və Qafqazdan olan minlərlə miqrant saxlandı, bəzi hallarda onlar ölkələrinə deportasiya edildilər. Rusiyada işçi miqnatların ötən il ərzində üzləşdikləri problemlər 20 fotoda.
Rusiyada miqrantların ötən il üzləşdikləri problemlər fotolarda
11
Soçidə Qış Olimpiya Oyunları üçün aparılan tikintiyə cəlb edilmiş miqrantlar da kütləvi şəkildə həbs edilib.
13
Krasnoyarsk şəhərində polis əməkdaşı deportasiyadan öncə telefonla danışan miqrantı gözləyir. Sentyabr 2013
14
Krasnoyarskda polis idarəsində dəmir barmaqlıq arxasında saxlanan miqrantlar blank doldururlar. Sentyabr 2013
15
Soçi yaxınlığında Olimpiya Oyunları üçün aparılan tikintidə çalışan miqrant fəhlələr. Sentyabr 2013