Rus çariçası II Yekatrina dini inanc fərqliliyinə görə Saratovdan sürgün etdiyi malakanların bir hissəsi bu ərazidə məskunlaşdı. Yerli əhali ilə ünsiyyətdə olsa da adətlərini saxladılar. Amma Sovetlərdən sonra sayları durmadan azalır. Gədəbəyin Novasaratovka kəndindən Abbas Atilayın görüb çəkdikləri.
Gədəbəyin malakan kəndi.
1
Gədəbəyin Novasaratovka kəndi.
2
Bu kəndin ərazisində qədim alban məzarlığı yerləşdiyindən məlum olur ki, qədim zamanlarda da burda yaşayış olub.Amma görünən bu kənd XIX əsrin əvvəllərində Rusiyadan sürgün edilmiş malakanlar tərəfindən salınıb.
3
Rus çariçası II Yekatrina tərəfindən Saratovdan Qafqaza sürgün edilən malakanların kiçik bir hissəsi Gədəbəyin bu hissəsində özlərinə məskən salır və kəndin adını Novasaratovka qoyurlar.
4
Ta o dövrdən bəri yerli xalqla mehriban keçinən malakanlar yerlilər kimi iqlim şəraitinə uyğun məhsulların əkin-biçini, heyvandarlıqla məşğul olurlar.