Siemensin Gədəbəydə izləri, 150 ilə yaxın yaşı olan daş körpülər, Qanlı Körpü əhvalatı...
Abbas Atilay sizə bu dəfə haqqında çox az eşitdiyimiz və nadir görüntüləri olan tarixi abidəni göstərir.
Siemensin "Qanlı Körpü" mirası.
1
XIX əsrin ortalarında Gədəbəydə mis filizi yataqları kəşf edildikdən sonra 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən tikilir, 1865-ci ildə həmin zavod alman sahibkar Fon Siemens tərəfindən alınaraq istifadə edilir.
2
Həmin ərəfədə yolların əlverişsizliyindən Siemens şirkəti Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan və Gədəbəy-Qalakənd arasında fəaliyyət göstərən dəmir yolu çəkdirir. 4 lokomativ və 33 vaqonun hərəkət edəcəyi dəmir yolu üçün əlavə olaraq daş körpülər salınır.
3
Siemensin o günləri və fəaliyyətini xatırladan bu körpülər indi tarixi abidələr kimi dayanır. Amma əksəriyyətimizin gözlərindən qıraq yerdə.
4
Gədəbəydə rayon mərkəzindən Miskinli kəndi istiqamətdə Düzyur kəndi yaxınlığında əsas yoldan sağ istiqamətdə təqribən bir km uzaqlıqda belə körpüləri görmək mümkündür.