28 avqust ABŞ-da vətəndaş hüquqları uğrunda mübarizə tarixinin çox önəmli günlərindən biridir. 50 il əvvəl - 1963-cü il avqustun 28-də sosial ədalət və bərabər hüquqlar tələb edən minlərlə insan Vaşinqtona yürüş etdi. Aksiyada 200 mindən çox adam iştirak edirdi. Hərəkatın lideri Martin Luther King həmin aksiyada özünün məşhur “Bir arzum var” nitqində “elə bir gün gəlsin ki, bizə şəxsi keyfiyyətlərimizə görə dəyər versinlər, dərimizin rənginə görə yox” deyirdi. 1950-60-cı illərdə ABŞ-da vətəndaş haqları uğrunda mübarizə dövründə çəkilən fotoları təqdim edirik.
"Vaşinqtona yürüş"-dən 50 il keçir
9
17 yaşlı qara dərili şagird Nathaniel Steward Vaşinqtonda orta məktəbdə şagirdlər arasında. 1954-cü ildə ABŞ Ali Məhkəməsi məktəblərdə irqi ayrı seçkiliyin qadağan olunması barədə qərar verəndən sonra məktəblərdə qara dərili uşaqların digərləri ilə birgə təhsil almasına imkan verildi.
10
1955-ci il. 14 yaşlı qara dərili Emmett Till Missisipi ştatına qohumlarının evinə qonaq getmişdi. Burada onu ağ dərili bir qrup oğurlayaraq döyüb öldürmüş, cəsədini də çaya atmışdılar. Hücum edənlər iddia edirdilər ki, onu bir ağ dərili qadına sataşdığı üçün öldürüblər. Amma işi araşdıran məhkəmə qadına hücum edənlər arasında qara dərili heç kimin olmaması qənaətinə gəldi. Bundan sonra Emmett Till vətəndaş haqları uğrunda hərəkatın simvoluna çevrildi.
11
Vətəndaş azadlıqları uğrunda fəal Rosa Parks Martin Luther King-lə birgə. Rosa avtobusda yerini ağ dərili sərnişinə verməmək üstündə həbs edilimişdi. Onun başına gələn bu əhvalat ictimai nəqliyatda irqi ayrıseçkiliyə qarşı hərəkatın başlamasına səbəb olmuşdu. Fəallar ictimai nəqliyatı boykot edən aksiyalar keçirdilər.
12
Rosa Parks jurnalistlərlə birlikdə avtobusda. İctimai fəalların aksiyalarından sonra ABŞ Ali Məhkəməsi ictimai nəqliyatda irqi ayrıseçkiliyi qadağan edən qərar qəbul etdi.