28 avqust ABŞ-da vətəndaş hüquqları uğrunda mübarizə tarixinin çox önəmli günlərindən biridir. 50 il əvvəl - 1963-cü il avqustun 28-də sosial ədalət və bərabər hüquqlar tələb edən minlərlə insan Vaşinqtona yürüş etdi. Aksiyada 200 mindən çox adam iştirak edirdi. Hərəkatın lideri Martin Luther King həmin aksiyada özünün məşhur “Bir arzum var” nitqində “elə bir gün gəlsin ki, bizə şəxsi keyfiyyətlərimizə görə dəyər versinlər, dərimizin rənginə görə yox” deyirdi. 1950-60-cı illərdə ABŞ-da vətəndaş haqları uğrunda mübarizə dövründə çəkilən fotoları təqdim edirik.
"Vaşinqtona yürüş"-dən 50 il keçir
13
25 sentyabr 1957-ci il. Arkanzasda qara dərili şagirdlər məktəbə silahlı əsgərlərin müşayiəti ilə aparılır. ABŞ prezidenti irqi ayrı seçkiliyə qarşı federal qanunların tətbiqi üçün Arkanzasda ordudan istifadə etmək üçün sərəncam verib. Bundan sonra qara dərili uşaqları ağ dərili nümayişçilərdən qorumaq üçün onları məktəbə əsgərlərin müşayiəti ilə aparılıb-gətirilir.
14
1964-cü il. Vətəndaş azadlıqları uğrunda mübarizə aparan tələbələr qara dərili vətəndaşlara da seçkidə iştirak etmək hüququ verilməsi tələbilə Ohayo ştatına səfərə hazırlaşırlar. "Azadlıq yayı" adlanan bu kampaniya başlanana qədər Ohayoda qara dərili vətəndaşlar seçkidə iştirak edə bilmirdilər.
18
ABŞ prezidenti Lyndon Johnson vətəndaş azadlıqlarının təmin olunmasına dair qanunu imzalayandan sonra Martin Luther King-in əlini sıxır. Ağ Ev, 1964-cü il, 2 iyul.