28 avqust ABŞ-da vətəndaş hüquqları uğrunda mübarizə tarixinin çox önəmli günlərindən biridir. 50 il əvvəl - 1963-cü il avqustun 28-də sosial ədalət və bərabər hüquqlar tələb edən minlərlə insan Vaşinqtona yürüş etdi. Aksiyada 200 mindən çox adam iştirak edirdi. Hərəkatın lideri Martin Luther King həmin aksiyada özünün məşhur “Bir arzum var” nitqində “elə bir gün gəlsin ki, bizə şəxsi keyfiyyətlərimizə görə dəyər versinlər, dərimizin rənginə görə yox” deyirdi. 1950-60-cı illərdə ABŞ-da vətəndaş haqları uğrunda mübarizə dövründə çəkilən fotoları təqdim edirik.
"Vaşinqtona yürüş"-dən 50 il keçir
5
Martin Luther King aksiyada məşhur "Bir arzum var" adlı çıxışını edir. 28 avqust 1963-cü il.
6
1963-cü il, 23 avqust. Nyu-Yorkda şəhər şurasının böyük zalında qara və ağ dərili insanlar zəncirlə özlərini bir-birinə bağlayıb aksiya keçirilər.
7
Vətəndaş hərəkatının lideri Matin Luther King (mərkəzdə) "Vaşinqtona yürüş" aksiyasının iştirakçıları arasında. 28 avqust 1963-cü il.
8
1954-cü il mayın 17-də ABŞ Ali Məhkəməsi məktəblərdə irqi ayrı seçkiliyin qadağan olunması barədə qərar verir. Vəkillər bu qələbə münasibətilə bir-birini təbrik edirlər.