Siz Abbas Atilayın bu fotoreportajında xalq ozanı Yunus Əmrənin ehtimal olunan məzarını və XIX əsrin ortalarında Çar Rusiyasına qarşı mübarizə aparan dağlı xalqlarının liderlərindən Hacı Muradın məzarını görə bilərsiniz.
Hacı Murad və Yunus Əmrənin məzarları
13
14
15
Oncallı kəndinin yaxınlığında, Bakı-Zaqatala yolunun sol tərəfində XIX əsrin ortalarında Çar Rusiyasına qarşı qalxmış dağlı xalqların üsyanlarına rəhbərlik etmiş avar lider Hacı Muradın məzarı var.
16
1895-ci ildə Çar kazakları ilə döyüşdə qətlə yetirilən Hacı Muradın başı kəsilərək, Tiflisə, canişin Y. Vorontsova göndərilir. Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş sonradan Çar I Nikolai-ın əmri ilə görkəmli rus anatomu və cərrahı N. N. Pirogova göndərilir.
N. N. Pirogov tərəfindən mumiyalandıqdan sonra baş Sankt-Peterburq Hərbi-Tibb akademiyasının muzeyində nümayiş etdirilir. Hacı Muradın bədəni isə elə qətlə yetirildiyi yerdə, Qax ərazisində dəfn edilir.