Siz Abbas Atilayın bu fotoreportajında xalq ozanı Yunus Əmrənin ehtimal olunan məzarını və XIX əsrin ortalarında Çar Rusiyasına qarşı mübarizə aparan dağlı xalqlarının liderlərindən Hacı Muradın məzarını görə bilərsiniz.
Hacı Murad və Yunus Əmrənin məzarları
1
Qaxın Oncallı kəndində Orta Əsrlərə aid "Oğuz məzarlığı". Ehtimal edilir ki, bu məzarlıqda böyük türk şairi Yunus Əmrə və onun muridi Hacı Tapdığın da məzarı var.
2
Tanınmış türk şairi ömrünün böyük hissəsini Anadoluda keçirsə də, ömrünün sonlarında İslam dəyərlərini yaymaq üçün bu ərazilərə gəlmiş və Hacı Tapdıqla tanışlıqdan sonra burada qalmışdı.
3
İndi buralar ziyarətgah kimi istifadə edilir.
4
Bundan əlavə ərazidə saysız-hesabsız Orta Əsrlərə aid məzar da var. Hansılar ki, ciddi elmi-tədqiqata ehtiyac duyur.