Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:14

Erməni gəncləri merə «50 dram, yeyin, zəhəriniz olsun» deyir- [Video]


Aksiyaçılar özləriylə merə çatdırılmaq üçün tort da gətiriblər. Tortun üstündə belə yazılıb: “50 dram, yeyin, zəhəriniz olsun”. 25 iyul 2013
Aksiyaçılar özləriylə merə çatdırılmaq üçün tort da gətiriblər. Tortun üstündə belə yazılıb: “50 dram, yeyin, zəhəriniz olsun”. 25 iyul 2013
-

AKSİYALAR DAVAM EDİR

İctimai nəqliyyatda gediş haqqının artırılmasına etiraz olaraq iyulun 25-də də Yerevan meriyası qarşısında aksiya keçirilib.

Aksiyaçılar özləriylə merə çatdırılmaq üçün tort da gətiriblər. Tortun üstündə belə yazılıb: “50 dram, yeyin, zəhəriniz olsun”. Amma polis aksiyaçılara meriya binasına daxil olmağa imkan verməyib.

Bundan sonra aksiyaçılar şəhərin müxtəlif yerlərinə dağılışaraq orada “100 dram ödə” kampaniyasını davam etdiriblər.

İyulun 20-də meriya gediş haqqını 50 dram artırıb (50 dram təxminən 10 qəpikdir -red.) – avtobus və marşrut taksisində gediş haqqı 100 dramdan 150 drama qaldırılıb, trolleybusdasa 50 dramdan 100 drama. İctimai fəallar isə kampaniyalar təşkil edərək əhalini nəqliyyatda gediş haqqını əvvəlki qaydada ödəməyə çağırırlar.

Kommunal xərclərin də bahalanması fonunda bu artım kütləvi aksiyalara səbəb olub.

İnsanlar onları dağılışmağa çağıran polisi inandırmağa çalışırlar ki, haqlıdırlar, əslində gediş haqqını qaldırmağa ehtiyac yoxdur, sadəcə, oliqarxlar camaatı soymağa çalışır.



İyulun 25-də mer Toron Marqaryan ictimai fəallarla görüşüb. O deyib ki, gediş haqqının artırılması vacibdir, çünki nəqliyyatın əhaliyə keyfiyyətli xidmət göstərməsi əvvəlki qiymətlə mümkün deyil. Amma o, Yerevan əhasilinin aztəminatlı təbəqəsi üçün güzəştlər üzərində düşünəcəyini də söz verib.

İctimai fəallar isə merə bildiriblər ki, belə olsa gərək ictimai nəqliyyatdan istifadə edənlərin 80 faizinə güzəşt edilsin, çünki Yerevan əhalisinin 80 faizi aztəminatlıdır. İctimai fəallar meri əvvəlki qiymətlərin bərpasına çağırıblar.

"İCTİMAİ MÜZAKİRƏ KEÇİRİLMƏLİ İDİ"

Ermənistanın ombudsmanı Karen Andreasyan isə merə məktub yazaraq bildirib ki, nəqliyyatda qiymətin bu qədər artırılması üçün geniş ictimai müzakirə keçirilməliydi.

Üstəlik də hansısa qərarın qüvvəyə minməsi üçün həmin qərar mətbuatda çap edilməlidir. Gediş haqqı iyulun 20-də qaldırılsa da, yalnız 5 gün sonra – iyulun 25-də çap edilib.

Ombudsman məktubunda yazır ki, insanlardan 5 gün qanunsuz olaraq əlavə haqq alınıb.

Daşnaksutyun Partiyası da qiymət artımını pisləyib və bildirib ki, artım əhalinin rifah halının artım tempinə uyğun olmalıdır.

Partiya öz bəyanatında onu da qeyd edir ki, ictimai nəqliyyat ayrı-ayrı nüfuzlu şəxslərin monopoliyasındadır. O adamlar ki, həm iqtisadi, həm də siyasi sahədə nüfuza malikdirlər.

Bu arada xəbər yayılıb ki, avtobuslara polis əməkdaşları təhkim edib ki, gediş haqqının yeni qaydada verilməsinə nəzarət etsin.

Polis isə bunu təkzib edir. Amma onu da bildirir ki, onun işi hamının hüquqlarını qorumaqdır, fərqi yoxdur, bu, sərnişindi, ya sərnişin daşıyan...
Yerevanda gediş haqqının artırılmasına etirazlar, 24 iyul 2013
Yerevanda gediş haqqının artırılmasına etirazlar, 24 iyul 2013
XS
SM
MD
LG