Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Erdoğan-a etiraz edən «Femen»çi Türkiyədən deportasiya olundu


Sarah Constantin bir daha Türkiyəyə gələ bilməyəcək.
-
İstanbulda çılpaq aksiyayla Türkiyənin baş naziri Recep Tayyip Erdoğan-a etiraz edən «Femen» üzvü Sarah Constantin haqda iyulun 6-da deportasiya qərarı çıxarılıb.

Dövlətin vəzifəli şəxslərini təhqir etməkdə ittiham olunan qadın bir daha Türkiyəyə gələ bilməyəcək.

Sarah Constantin Ankaradan İstanbula iyulun 5-də gəlmişdi. Sabiha Gökçen aeroportuna çatan kimi soyunmuşdu. «Erdoğan From: İstanbul To: Kabul» yazılmış şüar qaldırandan az sonra polis onu saxlamışdı.

Sarah Constantin ifadəsində deyib ki, «Türkiyədəki hakimiyyəti bəyənmədiyim üçün etiraz aksiyası keçirmişəm».

O, Fransa vətəndaşıdır.
XS
SM
MD
LG