Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:21

DİN «Gənc fəalların fotolarını kim yayıb» sualına cavab axtarır


Müxalifət fəallarının yayılan şəkilləri
Müxalifət fəallarının yayılan şəkilləri
-

Söhbət 30 Aprel aksiyasında həbs olunan gənc fəalların cəzaçəkmə müəssisəsində təmizlik işləri apararkən çəkilən fotolarından gedir.

«Məhbusların telefondan, eləcə də fotoaparat və ya kameradan istifadəsi yasaq sayılan cəzaçəkmə müəssisəsində fotoları kim çəkib və mediaya necə ötürülüb», AzadlıqRadiosu sualı həm fotoların çəkildiyi cəzaçəkmə müəssisəsinə, həm Bakı şəhər Baş Polis İdarəsinə, həm də Daxili İşlər Nazirliyinə ünvanladı.

Binəqədi müvəqqəti saxlanma təcridxanasından sualları cavablandırmağa məsul bir kimsə tapılmadı. Təcridxana növbətçisi sualı yalnız rəisin cavablaya biləcəyini, amma onun da yerində olmadığını söylədi.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Qalib Rəhimov bu barədə məlumatsız olduğunu bildirdi:

«Həmin şəxslər fotolarının gizlin çəkilib yayıldığını iddia edirlərsə, bununla bağlı rəsmi şikayət etsinlər. Ancaq bundan sonra biz məsələni araşdıra bilərik».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə bu məsələni uyğun qurumların araşdırdığını söylədi:

«Bu, bir-iki günün işi deyil. Məsələ araşdırılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək».

Əbülfəz Qurbanlı, Turqut Qəmbərİlkin Rüstəmzadə aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qətliamın anım aksiyasına qatıldıqları üçün saxlanılmışdılar. Əbülfəz Qurbanlı və Turqut Qəmbər 10 sutka, İlkin Rüstəmzadə isə 15 sutka inzibati həbs cəzası almışdı. Cəzaçəkmə müəssisəsində təmizlik işləri görərkən onların fotoları çəkilib və internetdə yayılıb. Gənc fəallar fotoları kimin və necə çəkdiyindən xəbərsiz olduqlarını deyirlər.
XS
SM
MD
LG