Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:54

Həbsdəki gənclərin alçaldılmasına etiraz bəyanatı verilib


Mayın 13-də bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi həbsdə təmizlik işləri apararkən şəkilləri çəkilərək yayılan gənc fəallar Əbülfəz Qurbanlı, Turqut Qəmbər və İlkin Rüstəmzadə ilə bağlı bəyanat veriblər.

Bəyanatda deyilir ki, hər 3 gənc Bakı Şəhər Baş Polis İdarəsinin məntəqəsində işgəncəyə məruz qalıblar: “Mayın 10-da gənclərin orada müxtəlif təmizlik işləri görərkən çəkilmiş fotoları alçaldıcı şərhlərlə bir sıra hakimiyyət yönlü internet saytlarında yayılıb. Yayılan fotolardan açıq aydın hiss olunur ki, məqsəd bu yolla onlara və digər fəal gənclərə təzyiq etmək, onları şantaj edərək mübarizələrindən çəkindirməkdir”. Bəyanatda deyilir ki, “belə fotoların yayılmasında Daxili İşlər Nazirliyinin məsuliyyət daşıdığını bəyan edirik”

Bəyanatı Arzu Abdullayeva, Qubad İbadoğlu, Zöhrab İsmayıl, Vidadi İsgəndərli, İradə Cavadova, Anar Məmmədli, Leyla Yunus, Mirəli Hüseynov, Rəsul Cəfərov, Ərəstun Oruclu, Samir Kazımlı, Rövşən Ağayev, Oqtay Gülalıyev və başqaları imzalayıb.
XS
SM
MD
LG