Mayın 7-də İranda Daxili İşlər Nazirliyi prezidentliyə namizəd olmaq istəyənlərin qeydiyyatına başlayıb. Qeydiyyat 5 gün davam edəcək. Bundan sonra din xadimləri və parlamentin təyin etdiyi adamlardan ibarət konstitusiya keşikçiləri şurası adını siyahıya yazdıranlardan kimlərin seçkiyə buraxılıb-buraxılmamalarına qərar verəcək. Prezident seçkisi isə iyunun 14-də olmalıdır.
İranda prezidentliyə namizədlərin irəli sürülməsinə başlanıb

1
Film çəkilişləri sahəsində çalışdığını deyən Behrous Vossoughi Rad prezidentliyə namizəd olmaq üçün qeydiyyat düşür. Tehran, 7 mart 2013

2

3
İran parlamentinin islahatçı deputatlarından olan Mostafa Kavakebian da namizədliyini qeydiyyata aldırarkən əli ilə "V" - "Qələbə" işarəsi verir. 7 may 2013

4
Kamran Baqeri Lankerani də bazar günü prezidentliyə namizəd olmaq istədiyini elan edir.