Keçid linkləri

2024, 02 İyun, bazar, Bakı vaxtı 05:39

Amerikalı yazıçı Boston partlayışlarını öncədən görübmüş


-

Amerikada həvəskar yazıçının az tirajla çap edilmiş romanı birdən-birə ölkə gündəminə gəlib.

Səbəb kitabda terrorçuların Boston marafonunda silsilə partlayışlar törədib tamaşaçılar və iştirakçılar arasında böyük tələfata nail olmaq planından bəhs edilməsidir.

Tom Lonergan-ın 2002-ci ildə çapdan çıxan və "Heartbreak Hill. The Boston Marathon Thriller" (Çiliklənmiş qəlblər təpəsi. Boston Marafonu haqda triller) kitabında yazılanlar 11 il sonra real həyatda baş verib.

Bir neçə gün əvvəl Bostonda törədilən, 3 nəfərin ölümü, 180-cən insanın yaralanması ilə nəticələnmiş partlayışdan sonra yazıçı "Huffington Post" qəzeti ilə e-mail əlaqəsi yaradaraq kitabından danışıb.

Kitabda partlayışları sağçı radikallar planlaşdırırlar, amma əsərin qəhrəmanı olan müstəntiq bunun qarşısını ala bilir.

"Bu partlayışlar haqda eşidəndə ilk reaksiyam belə oldu: Aman allah, necə ki öncədən görmüşdüm, elə də olub" - deyə yazıçı qəzetə bildirib.

Lonergan deyib ki, uzun illər o da Boston marafonunda qaçıb. 1996-cı ildə marafonun 100 illiyi zamanı mümkün partlayış təhlükəsi haqda düşünməyə başlayıb.

"Həmin gün içimdə bir qorxu vardı ki, hər an partlayış baş verə bilər" - deyə yazıçı etiraf edir.

Onun fikrincə, Boston marafonu "dramatik hadisələr həvəskarı olan başdanxarablar" üçün ideal səhnədir. "Düşündüm ki, bu təhlükə haqda mesajı başqaları ilə bölüşməliyəm". 2002-ci ildə yazıçılıqla məşğul olmağa qərar verəndən sonra Lonergan bunu bədii əsərə gətirib.

O etiraf edir ki, kitabı öz hesabına çap edib və əsərin çox az nüsxəsi satılıb. Ona görə də "Huffington Post" terrorçuların onun əsərindən ilhamlanması versiyasını o qədər də inandırıcı saymır.

Yazıçı əsərini satışdan yığışdırmaq fikrində deyil. Əsər Amazon.com-da da satışdadır.

Məqalə "Huffington Post"da dərc ediləndən sonra qəzet çoxlu neqativ mesajlar alıb. Bəzi oxucular yazıçını faciədən öz kitabının reklamı üçün istifadə etməkdə suçlayıb.

Oxu zalı
XS
SM
MD
LG