Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:42

İlham Əliyev Obama-ya başsağlığı verib


Prezident İlham Əliyev ABŞ prezidenti Barack Obama-ya Bostondakı partlayışlarla bağlı başsağlığı verib:

«Boston şəhərində törədilmiş partlayışlar nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər məni son dərəcə kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram».

Ötən gün Bostonda keçirilən marafon yarışında törədilmiş 2 partlayışda 3 nəfər ölüb, 140-dan çox adam yaralanıb. Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
XS
SM
MD
LG