Keçid linkləri

Təcili xəbərlər
2021, 30 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

FBİ Boston partlayışında əsas şübhəli şəxsləri elan edir (VİDEO)


U.S. -- Boston explosions. screenshot of Boston Globe Video, 15Apr2013
-
ABŞ-ın Federal Təhqiqatlar Bürosu Boston partlayışının istintaqında uğur əldə olunduğunu deyir. Partlayışda iştirakı ehtimal olunan 2 şəxsin videosu və fotoları FBİ-ın vebsaytında yerləşdirilib.

Əhalidən bu şəxslər haqda məlumat istəyən FBİ-ın nümayəndəsi DesLauriers "hər bir məlumat faydalı ola bilər" deyir. Eyni zamanda həmin şəxslərin böyük təhlükəsini nəzərə alaraq xahiş edir ki, heç kim təşəbbüs göstərməsin, sadəcə polisə xəbər versin.

FBİ sözçüsü istintaqın sutkada 24 saat işləyərək əhalidən gələn minlərlə məlumatı yoxladığını, nəhayət 2 şübhəli şəxsin müəyyənləşdirdiyini deyir. Onun sözlərinə görə, nəzarət videolarının birində onlardan birinin çantanı yerə qoyduğu anın görüntüsü var. Hər iki şəxs partlayışdan bir qədər əvvəl terror törədilən ərazidə qeydə alınıbar.

FBİ-nın yaydığı video

XS
SM
MD
LG