Londonda, öz evində ölü tapılan 67 yaşlı biznesmen Boris Berezovsky 1990-cı illərdə, keçmiş prezident Boris Yeltsinin vaxtında əsas siyasi fiqurlardan sayılırdı. O, Sovet ittifaqının dağılmasından sonra Yeltsin dövrünün dövlət əmlakının özəlləşdirilməsi ilə varlanan və Rusiyada oliqarxlar adlandırılan zəngin iş adamlarından biri idi. Berezovsky öz nüfuzundan istifadə edərək indiki prezident Vladimir Putinin hakimiyyətə gəlməsinə kömək edib. Baxmayaraq ki, daha sonra Kremlin başçısı ilə münasibəti pozuldu və 2000-ci ildə Böyük Britaniyaya köçəndən sonra, burada Moskva administrasiyası ən çox tənqid edənlərdən biri oldu.
Putinin dostu və düşməni olmuş Boris Berezovsky
7
Rusiya prezidenti Boris Yeltsin (sol) və Boris Berezovsky Moskvada sammit zamanı 1998.
8
Boris Berezovsky (sol) və Gürcüstan prezidenti Eduard Shevardnadze Tbilisidə görüşərkən 14 may 1998.
9
Belarusiya prezidenti Alyaksandr Lukashenka Boris Berezovsky-ni qəbul edərkən
10
Keçmiş Azərbaycan prezidenti Heydər Əliyev Berezovsky ilə Bakıda görüşərkən 5 mart 1999.