Londonda, öz evində ölü tapılan 67 yaşlı biznesmen Boris Berezovsky 1990-cı illərdə, keçmiş prezident Boris Yeltsinin vaxtında əsas siyasi fiqurlardan sayılırdı. O, Sovet ittifaqının dağılmasından sonra Yeltsin dövrünün dövlət əmlakının özəlləşdirilməsi ilə varlanan və Rusiyada oliqarxlar adlandırılan zəngin iş adamlarından biri idi. Berezovsky öz nüfuzundan istifadə edərək indiki prezident Vladimir Putinin hakimiyyətə gəlməsinə kömək edib. Baxmayaraq ki, daha sonra Kremlin başçısı ilə münasibəti pozuldu və 2000-ci ildə Böyük Britaniyaya köçəndən sonra, burada Moskva administrasiyası ən çox tənqid edənlərdən biri oldu.
Putinin dostu və düşməni olmuş Boris Berezovsky

2
George Soros (solda) Rusiya Elm və Texnologiya naziri Boris Saltykov və Boris Berezovsky (sağ) Rusiyada görüş zamanı 1995.

4
Rusiya Təhlükəsizlik katibi Ivan Rybkin və Boris Berezovsky (sağda) Çeçenistandakı vəziyyəti müzakirə edərkən 1996.

5
Boris Berezovsky (sağ) Rusiya- Çeçenistan danışıqları zamanı 11 iyul, 1997.

6
1998-ci ildə Tacikistan prezidenti Emomaly Rakhmonla Düşənbədə görüşən Boris Berezovsky