-
“Kitabların əlavə dəyər vergisindən azad olunması ilə bağlı Vergilər Nazirliyinə heç bir müraciət daxil olmayıb”
Bunu yanvarın 22-də jurnalistlərin sualına cavab olaraq vergilər nazirinin 1-ci müavini Natiq Əmirov deyib.
“Dövlət əhəmiyyətli nəşrlərin əlavə dəyər vergisindən azad olunması ilə bağlı Vergilər Məcəlləsində müvafiq maddə var. Milli Məclisdə müzakirə zamanı deyildi ki, gələcəkdə kitabların, əsasən də elmi ədəbiyyatların Azərbaycana gətirilməsi, satışı və nəşrinin ƏDV-dən azad edilməsi müzakirə olunsun, mən orda da söylədim, indi də deyirəm biz müzakirəyə hazırıq”.
Natiq Əmirov deyir ki, kitab satışı, yaxud nəşrini təşviq etmək üçün Vergilər Məcəlləsində dəyişiklik etmək zərurəti varsa, nazirlik bunu müzakirə etməyə hazırdır.
2011-ci ilin noyabrında Azərbaycan Yazıçılar Birliyi Əlavə Dəyər Vergisinin (ƏDV) kitab üzərindən götürülməsi təklifi ilə çıxış edib.