Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:03

Kitab vergidən azad edilsin? (Video)


Kitab üzərindən ƏDV götürülsün?
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Düynanın bir çox ölkələrində, o cümlədən Gürcüstanda, Moldovada kitab üzərində ƏDV "0" faizdir. Azərbaycandan isə kitab üzərində ƏDV 18 faizdir. Yazıçılar Birliyində "ƏDV-ya yox deyək, kitaba dəstək verək!" devizi atlında dəyirmi masa keçirilib.

GÜRCÜSTANDA SIFIR FAİZ, AZƏRBAYCANDA 18 FAİZ
«Böyük Britaniyada, Litvada, İspaniyada, İtaliyada, hətta Gürcüstanda, Moldovada kitab üzərində Əlavə Dəyər Vergisi sıfır faizdir. Fransada bir neçə gün öncə ƏDV 5 faizdən 5,5 faizə qaldırılıb. Hazırda bununla bağlı Fransada etirazlar gedir ki, 0,5 faiz artım ölkədə kitab bazarını dağıdacaq. Ümumiyyətlə düynanın əksər ölkələrində kitab üzərində ƏDV 0 faizdir. Azərbaycanda da ƏDV vergisinin götürlməsi bu səhədə çox böyük əhəmiyyəti olacaq».
Bunu «Əli və Nino» kitab evi şəbəkəsinin direktoru Nigar Köçərli deyir. Onun fikrincə, Azərbaycanda kitab bazarındakı problemlərin ən başlıcasl ƏDV-dir. Hazırda Azərbaycanda kitaba görə ƏDV 18 faizdir.
Yeri gəlmişkən, noyabrın 30-da Yazıçılar Birliyində «Əlavə Dəyər Vergisinə yox deyək! Kitaba dəstək verək» devizi altında dəyirmi masa keçirilib.
«BU ÖLKƏYƏ KİTAB LAZIMDIR, YOXSA LAZIM DEYİL?»
Deputat Sabir Rüstəmxanlı bu sualla hökumətə müraciət etməyi məsləhət görür. Deyir ki, bu sahəni inkişaf etdirmək üçün kitab üzərindən ƏDV hökmən götürülməlidir:
«Çünki kitaba görə, ən azı 4 dəfə ƏDV verilir. Kağızın istehsalına, kağızın özünə, mətbəə işinə və kitabın satışına görə ayrı-ayrılıqda 4 dəfə ƏDV tutulur».
Aqil Abbas
Aqil Abbas
Deputat Aqil Abbas isə hesab edir ki, ƏDV kitabdan gəlir götürməyi çətinləşdirir. Ona görə də bir çoxları kitab satışından uzaqlaşır:
«Kitab mağazalarını kimlərsə özəlləşdirir. Onlara kimsə deyə bilməz ki, niyə kitab yox konfet və ya qadın geyimi satırsan? Çünki o da ailəsinə qazanc aparmalıdır. Əgər kitabın qiyməti ucuzlaşarsa, kitab satışından gəlir əldə etmək mümkün olarsa, həmin adamlar da yenidən kitab satışına bərpa edərlər».
KİTAB MAĞAZALARININ YERİNDƏ BƏRBƏRXANA VƏ KOLQOTKA MAĞAZALARI
Yazıçı Çingiz Abdullayev daha çox kitab mağazalarının azlığından şikayət edir.
«Gürcüstanda 3 milyonluq xalq üçün 75 kitab mağazası var. 9 milyon əhalisi olan Azərbaycanda isə cəmi 10 kitab mağazası var. Siz başa düşürsünüz ki, biz sabahı uduzmuşuq. Neftçilər prospektindəki dövlət kitab mağazasının bir hissəsini bərbərxana etdilər, digər hissəsində isə qadın kolqotkaları satılır».
İŞƏ PREZİDENT QARIŞSIN
Kitab üzərindən ƏDV-nin götürülməsi məsələsini qaldıranlar bununla bağlı Milli Məclisə və prezidentə müraciət etməyi planlaşdırırlar.
Deputat Musa Quliyev hesab edir ki, bu müraciəti tək Milli Məclisə göndərməklə məsələni aktuallaşdırmaqdan başqa nəticə əldə olunmayacaq.
Deputat Elmira Axundova Azərbaycanda kitabla bağlı ciddi problemlər olduğunu deyir. Amma həmin problemlərin Milli Məclis səviyyəsində həllini effektli hesab etmir:
«Azərbaycanda kitab evləri yox, kitaba maraq yoxdur. Biz bu barədə, o cümlədən kitab üzərindən ƏDV-nin götürülməsi ilə bağlı müraciət və təkliflərimizi hazırlayaq. Amma bu müraciəti Milli Məclisə yox, dövlət rəhbərliyinə göndərək. Çünki mən səmimi deyirəm Milli Məclisdə bu müraciətin effektli nəticəsi olmayacaq».
Elmira Axundova Azərbaycanda bu sahəni tənzimləyəcək ayrıca bir dövlət qurumununun yaradılmasını zəruru hesab edir.
«ƏDV GÖTÜRÜLMƏSİNDƏ ÇƏTİN BİR İŞ YOXDUR»
Yazıçılar Birliyində keçirilmiş dəyirmi masa
Yazıçılar Birliyində keçirilmiş dəyirmi masa
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Çingiz Əlioğlu da bu sahəni ayrıca bir dövlət qurumunun tənzimləsinin tərəfdarıdır. Çingiz Əlioğlu deyir ki, bütün bu problemlər konkret dövlət komitəsində dəqiq araşdırılmalı, öyrənilməli və dövlət səviyyəsində həll olunmalıdır.
İqtisadçı ekspert Rövşən Ağayev ümumilikdə yaradıcı məhsulların, o cümlədən kitabın üzərindən əlavə dəyər vergisinin götürülməsini təqdir edir:
«Əlavə dəyər vergisi əlavə qiymət deməkdir. Bu o deməkdir ki, kitab ümumi qiymətinin 1/5 qədər ucuzlaşa bilər. Bu baxımdan ƏDV-nin götürülməsinin tərəfadarıyam. Burada elə bir çətin proses yoxdur. Yəni hökumətin istəyi olsa bu məsələni asanlıqla həll etmək mümkündür. Vergi Məcəlləsinə dəyişiklik edilə və Nazirlər Kabinetinin ƏDV-dən azad olan mallar haqda qərarında yaradıcı və intekektual məhsulların da adı əlavə edilə bilər».
Rövşən Ağayev deyir ki, ƏDV-nin götürülməsi bu tip məhsulların ucuzlaşmasına, bu sahəyə marağın artmasına gətirə bilər.
XS
SM
MD
LG