Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Yeni ədəbiyyat jurnalı nəşrə başladı


“YAZI” adlı yeni ədəbiyyat dərgisinin ilk sayı işıq üzü görüb. Bu barədə Kulis.az Elektron dərgisinə hurnalın təsisçisi və redaktoru Azər Qaradərəli məlumat verib.

Onun bildirdiyinə görə,” “Yazı” tam müstəqildir, heç bir təşkilata, vəzifə, biznes sahibinə bağlı deyil.”

İlk sayda oxucular Rafiq Tağı, Rəhim Əliyev, Cavidan, Əlabbas, Aslan Quliyev, Eyvaz Zeynalov, Svetlana Quliyeva, Azad Qaradərəlinin, habelə Güney Azərbaycandan olan yazıçıların, türkiyəli nasir İmdad Avşarın və başqa qələm sahiblərinin yazıları ilə tanış ola biləcəklər.

Baş redaktor həmçinin bildirib ki, 3 dekabr 2011-ci il tarixdə saat 13:30-da “Əli və Nino” kitab evində (Gənc Tamaşaçılar teatrının yanı) dərginin ilk sayının təqdimatı olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG