Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:52

Gənclər «ƏDV-yə yox deyək, kitaba dəstək verək» dedilər


«ƏDV-yə yox deyək, kitaba dəstək verək»
«ƏDV-yə yox deyək, kitaba dəstək verək»
Dekabrın 25-də Bakıda bir qrup oxucu «ƏDV-yə yox deyək, kitaba dəstək verək» devizi altında aksiya keçirib. Aksiya Park Bulvarda baş tutub.

Tədbir oturaq halda keçib, gənclər kitab oxuyublar. Oxuduqları kitabın üstünəsə belə yazıblar: «ƏDV-yə yox deyək, kitaba dəstək verək».

Təşəbbüsün müəlliflərindən biri, «Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlu AzadıqRadiosuna deyib ki, əvvəldən razılaşma olduğu üçün polis aksiyaya müdaxilə etməyib.

Bir qədər öncə əlavə dəyər vergisinin ləğvi təklifiylə yazıçıların, naşirlərin, deputatların iştirakı ilə dəyirmi masa keçirilmişdi. Prezidentə və Milli Məclisə müraciət etmək haqda qərar qəbul edilmişdi.

Gənclər vaxtaşırı kitab oxuma aksiyaları keçirərək kitaba meyl yaratmağa çalışırlar.

Fotolar:




Park Bulvarda kitab oxuyan gənclər
Park Bulvarda kitab oxuyan gənclər
XS
SM
MD
LG