Gürcüstanın keçmiş müdafiə naziri həbs edildi
Beş illik mühacirət həyatından sonra noyabrın 20-də Tbilisiyə dönən Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruashvili dərhal da həbs edilib. Paytaxt məhkəməsi onun haqqında qərarını dekabrın 3-də elan edəcəyini bildirib. Rüşvət almaq və qanunsuz silahlı dəstə yaratmaq ittihamları üzləşən keçmiş nazir 2007-ci ildə ölkəni tərk edib. Özü məhkəmədə olmasa da hakim onun 11 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. (Reuters)
Arxiv
-
May 11, 2026Ermənistan Bakını hədəf ala bilən dron düzəldib
-
May 09, 2026Dünyada yeni pandemiya başlanır?