Özbəkistanda doğulmuş rəssam Jasur Rakhimov (Casur Raximov) və onun xanımı facebook-da "Özbəkistan rəsmlərlə" adlı səhifə yaradaraq ora gündə bir karikatura qoyurlar. Fəaliyyətə başladıqları bir ayı təzə keçsə də artıq dostlarının sayı yüzlərlədir, çox sayda şərhlər alırlar. Əvvəl Rakhimov özünü anonim rəssam kimi təqdim etsə də sonradan facebook dostlarının təkidləri ilə kimliyini açıb. İndi "dissident rəssam" kimi təqdim olunmasını istəmir, sadəcə Səmərqənddən bir rəssam kimi tanıdılmasını arzulayır. .Rakhimov hazırda Kanzasda təhsil alır. ( http://www.facebook.com/Uzbekistan.Illustrated?fref=ts səhisəinin təqdim etdiyi şəkillər)
"Özbəkistan rəsmlərlə"

1
- Taxi lazımdır? Mən səni aeroporta götürümş Amma yolda polis saxlasa, denən mənim qardaşımsan.
Özbəkistanda şəxsi maşınını taksi kimi istifadə etmək problemdir.
Özbəkistanda şəxsi maşınını taksi kimi istifadə etmək problemdir.

2
Rakhimovun onu tənqid edənlərə cavabı "Onlar dişlərini bizə necə itiləyiblər". Hələ sırada da neçələri var...

3
"Özbəkistanda mobil telefon bazarı".

4
Hər il Özbəkistanda tələbələr və dövlət idarələrində çalışanlar zorla pambıq yığımına cəlb edilirlər. Bu ilə də rəsmilər 3.35 milyon ton pambıq planı qoyublar.