Özbəkistanda doğulmuş rəssam Jasur Rakhimov (Casur Raximov) və onun xanımı facebook-da "Özbəkistan rəsmlərlə" adlı səhifə yaradaraq ora gündə bir karikatura qoyurlar. Fəaliyyətə başladıqları bir ayı təzə keçsə də artıq dostlarının sayı yüzlərlədir, çox sayda şərhlər alırlar. Əvvəl Rakhimov özünü anonim rəssam kimi təqdim etsə də sonradan facebook dostlarının təkidləri ilə kimliyini açıb. İndi "dissident rəssam" kimi təqdim olunmasını istəmir, sadəcə Səmərqənddən bir rəssam kimi tanıdılmasını arzulayır. .Rakhimov hazırda Kanzasda təhsil alır. ( http://www.facebook.com/Uzbekistan.Illustrated?fref=ts səhisəinin təqdim etdiyi şəkillər)
"Özbəkistan rəsmlərlə"
5
"Özbəkistanda yüksək keyfiyyətli mobil telefon rabitəsi xidmətləri". Rakhimov ölkədə mobil rabitə siqnallarının keyfiyyətinin olduqca aşağı olmasına diqqət çəkir.
6
"Vəsiqənin gücünə bax". Rakhimov bu karikatura ilə Özbəkistanda vəsiqənin qorxu və hörməti bir yerdə gətirdiyini, bütün qapıları açdığını deyir.
7
Salamlaşanda başlarını yüngülcə bir-birinə vurmaq Özbəkistanda gənclər arasında getdikcə yayılan bir dəbdir. Rakhimov isə yaşlıları bu cür salmlaşan kimi təsvir edir.
Bölmələr
- Siyasət
- Sosial
- İqtisadiyyat
- Azərbaycan-Ermənistan münaqişəsi
- Dünya
- Radio: Qaynar xətt
- İslam və demokratiya
- Insan haqları
- İdman