Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:53

Bizdə azad qadın, olsa-olsa, ya heykəl olur, ya da fahişə...


-

Xuraman Hüseynzadə


Yeni şeirlər


Bu otaq

bu otağın divarı
gözlərindən nəm çəkib
sən siqaret çəkəndə
sənə baxıb qəm çəkib

otağını toz basıb
güldanında gül solub
tora saldığın qızlar
dönüb hörümçək olub

belə getsə bu tənha
otaq udacaq səni
qadın qucağı boyda
yataq udacaq səni

paltarların çirklənib
kitabların saralıb
bir otağa sığırsan-
dünyan necə daralıb?!

bu otaq-doğum evin
bu otaq-qəbir yerin
nə zamansa öləcək
yaxşı şairin biri...

27. 09. 12


Azad qadın

bir az qorxu olsun gözlərində
üzünə qonan təbəssümün üzünə
qaş-qabağınla pərdə çək.
əllərin öyrəşsin
kədərli gözlərinin
yaşını silməyə
ağır ol
fağır ol
evinizin küncündə süpürgəyə
dönməyi öyrən
bundan sonra
azadlıq dediyini
özün süpürməlisən
həyatından
anam, yadında saxla
bacım, unutma
bizdə azad qadın
olsa-olsa
ya heykəl olur,
ya da fahişə...


Belə olur sevmək...

Belə olur sevmək-
ürəyin
onda qalır
baxışların pəncərədə
sən də özündə olmursan heç
belə olur sevgi...
sevgidən payına düşən
ya uşaq olur
ya da xatirə...

***

səni uzaqlarda düşünmək istiyirəm
uzaqda
daha gözəl darıxıram səninçün
daha yaxşı arzulayıram əllərini
nəfəsini
uzaqlarda olanda ümid olursan
xəyal olursan
arzu olursan
bir baxışa tamarzı olursan
elə sevirsən ki
ölümünə!!!
Uzaqdan-uzağa sevmək istəyirəm
səni
yaxından xatırlamaq üçün...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG