Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:02

Xuraman Hüseynzadə. Bir sürü xəstəliklə uğraşan adamam...


.
Yeni şeirlər



Səni çox istəyirəm…

Səni çox istəyirəm... Lap chox...
Amma məndən uzaq dur, nolar?!
Mən, Anadolu türkləri demiş,
bir sürü xəstəliklə uğraşan bir adamam...
Boğularsan ya bir bənd şeirdə,
ya bir qədəh ichkidə...
Ya da bir mp 3 Ahmet Kaya şərqisində...
Dərmanlarımdan birinin adı
Bilirsənmi nədi: "Lirika"...
Lirikaya bax, mən ölüm...
Yəqin 8 notda yazılıb alnıma...

***

Yox, daha qısqanmaram,
Gəl ömrümə yenidən.
Gətir özunlə birgə
Kohnə sevgi, yeni qəm...

***

Sevgi hopdu ruhuma,
Mən sevgidən doğuldum.
Bir ürəyin qanında
Xəyanətdən boğuldum...

***

Gecələrdən danışma, dostum,
Gecələr qara taleli insanların
həyatının fon rəngidi...
Gecələrin qadını çox vaxt gündüzlərin anası olur...
Onlar gecələr öz göz yaşlarında boğulası,
gündüzlər başını balasının çiyninə söykəyib
için-için yanası olur...


Novruz yaxınlaşır...
(Bacım Arzu üçün)

Mən də səməni çücərtdim...
Göz yaşlarımla suvardım sünbül dənlərini.
Belinə qara lent bağladım,
Sığallayıb yaşıl tellərini
doyunca ağladım.
Çərşənbələr gəlib keçir,
Ürəyimə dərd köçür,
Novruz yaxınlaşır...
Mənim qaladığım tonqal özümü yandırır,
dərdlərim qovurğa əvəzinə
özümü qovurur...
Od çərşənbəsində
külümü göyə sovurur...
Novruz yaxınlaşır...
20 il əziyyət çək, övlad böyüt, ay Arzu,
Ağırlığımız, uğurluğumuz özümüzə qalsın.
Səmənilərimiz qara bağlasın...
İçimizdə tonqal qalansın...
Bənövşələr
Turalın məzarı yanında boynunu
büksün,
Gözlərimiz bir qara daşa baxıb
yol çəksin...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG