Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:52

«İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci»


Dövlət Gənc Tamaşaçılar Teatrı
Dövlət Gənc Tamaşaçılar Teatrı
Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə Azərbaycan Siyasi İctimai Universitetlə birgə «İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci» adlı layihənin icrasına başlayır. Tədbir oktyabrın 3-ü saat 15.00-də baş tutacaq.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidmətindən veriblər.

İkinci ildir ki, həyata keçirilən layihədə məqsəd gəncləri, xüsusən ali məktəblərdə təhsil alan tələbələri teatra cəlb etməkdir.

Tədbirdə teatrın rəhbərliyi, kollektivi, Azərbaycan İctimai - Siyasi Universitetinin professor, müəllim və tələbə kollektivi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin nümayəndələri və «Bura Vətəndir» məclisinin üzvləri çıxış edəcək.

Daha sonra universitetin professor və müəllim heyəti tələbələrə qiymət kitabçası və tələbə biletləri təqdim ediləcək.

Xəbərdə vurğulanır ki, tədbir iştirakçılarına həmin gün G. Fiqeyredonun
«Ezop» tamaşası nümayiş etdiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG